Pages

9.11.13

Bu ölkədə zorlayan yox,zorlanan həbs edilir

Birləşmiş Ərəb Əmirliyinə gələn və öz ölkələrində qanun pozuntusu hesab edilməyən hadislərə görə burada həbs edilən məhkumlar aclıq aksiyası keçirib. “Khaleej Times” xəbər verir ki, narkotik saxlamağa görə ömürlük azadlıqdan məhrum edilən misirli həbsxanada ölüb. 
 
Aclıq aksiyasına qoşulanların sayının yüzlərlə olduğu bildirilir. Onlardan bəziləri cəzalarını çəkib qurtarsalar da hələ də azadlığa buraxılmadıqlarını bildiriblər. Məsələn, 41 gün həbc çəkməli olan Rebekka adlı ingilis qadın 95 gündür hələ də azadlığa buraxılmayıb.
 
BƏƏ-yə Norveçdən gələn gənc qadın isə təcavüzə məruz qalıb. Ancaq bu hadisədən sonra ona təcavüz edəni yox, buna şərait yaratdığına görə qadını həbs ediblər. 24 yaşlı Marta adlı qadın təcavüdən sonra polisə müraciət edib. Ancaq bundan sonra özü həbs edilib. Ancaq Norveç XİN məsələyə müdaxilə edəndən sonra gənc qız evlərinə qaytarılıb.

Комментариев нет:

Отправить комментарий