2002-2004-cü illərdə Amerikada avtobus sürücüsü
Ariel Kastronun 10 il təcavüzünə məruz qalan 4 qadının dəhşətli hekayəsi
gün üzünə çıxıb.
Gün.Az Teleqraf.com-a istinadən xəbər verir ki, tükürpərdici gerçəklər bu ilin may ayında bəlli olub.Kastro 14 və 21 yaşlı qızları qaçıraraq illərcə təcavüz edib. O, qurbanlarını 10 il evində həbs edib. Hər şey ən son qurbanı olan 14 yaşlı qızın qonşunun köməyilə evdən qaçıb polisə sığınmağı ilə ortaya çıxıb. Həbs edilən Ariel Kstra 977 ayrı cinayət maddəsi ilə ittiham edilərək ömürlük azadlıqdan mərhum edilib. Ancaq qurbanlarına dözülməz işgəncə verən avtobus sürücüsü ötən ay saxlanıldığı kamerada intihar edib.
Amerikanın Klivlend əyalətində baş verən inanılmaz hadisənin qurbanlarından biri olan 21 yaşlı Mişel Knayt başına gələn faciləri CNN və CBS telekanallarına danışıb. Olmazın zorakılığa məruz qaldığını deyən Knayt təcavüzcüsündən 5 dəfə hamilə qaldığını bildirib: "10 il boyunca məni evdə dustaq saxladı. Üzərimə pul atıb məni 13 yaşlı fahişə zənn edirdi. 21 yaşında olduğumu öyrənəndə çox əsəbiləşdi. Əllərimi ayaqlarımı bağlayıb çılpaq şəkildə mənə qarşı zorakılıqlar edirdi.
Heç vaxt mənə paltar geyinməyə və düş qəbul etməyə icazə vermirdi. Mənə "Sənin paltara ehtiyacın yoxdur. Sən burda bircə məqsədlə saxlayıram" dediyini xatırlayıram. Evdən çıxıb getdiyi zaman ağzımı kirli corabla yapışqanlayırdı. 5 dəfə hamiləliyimi pozdu. Məni ac-susuz saxlayaraq və qarnımın üzərinə halter ataraq hamiləliyimi pozurdu. Kastro bir dəfə mənə it saxlamağa icazə verdi. İtimin məni müdafiə etdiyi gördükdə isə boynundan vuraraq öldürdü. Bütün bunlara baxmayaraq heç vaxt intihar etməyi düşünmədim. Çünki arxada qoyduğum iki yaşlı oğlumu düşündüm. Övladımın mənim məğlub deyil, qalib olaraq geri döndüyümü görməyini istədim. Məhz bu ümidlə hər şeyə səbr etdim".
Viseonu izləmək üçün tıklayın
0 yorum:
Отправить комментарий