"Yolanda" (beynəlxalq təsnifatı üzrə "Xayyan") supertayfunun
qurbanlarının sayı yüz nəfərdən çox olub. Bu barədə regional elektron
KİV-ləri məlumat veriblər. Yalnız Leyte əyalətinin Takloban və Palo
şəhərlərində onlarla insan həlak olub, GMA News agentliyinin yerli
müxbiri bu barədə məlumat verib.
"Demək olar ki, Taklobanda bütün evlər dağılıb, yalnız bir neçəsi
qalıb, lakin onlar da zədələnib. Bizim əməkdaşlarımız qurbanların sayını
hələlik açıqlaya bilmir, çünki əlaqə yoxdur", - milli mülki müdafiə
idarəsinin rəsmi nümayəndəsi mayor Rey Balido bildirib.
Artıq məlumdur ki, turistlər arasında populyar olan Palavan adası əsas
diqqətəlayiq yerlərdən biri Tapyas dağında yerləşən və "Yolanda"
tərəfindən yıxılan nəhəng xaçdan məhrum olub.
0 yorum:
Отправить комментарий