Dövlətin 70 illik yanacaq şirkətinin özəlləşdirilməsinə qarşı çıxan
ifrat solçu millət vəkili parlamentdə çırıl-çılpaq soyundu. Meksikanın
solçu Demokratik İnqilab Partiyası millət vəkili Antonio Garcia Conejo
tarixi enerji özəlləşdirməsində səsvermədən öncə parlament tribunasına
çıxıb özəlləşdirmə qərarına etirazını bildirib.
Bugun.az-ın xəbərinə görə, dövlətin 70 illik yanacaq şirkətinin
özəlləşdirilməsinə qarşı çıxan ifrat solçu millət vəkili nitqə başlar
başlamaz birdən pencəyini çıxarmağa başlayıb. Havalara girən deputat
qazını ala biməyib alt paltarına qədər soyunub.
Daily Mail-in xəbərinə görə, Conejonun çıxışı zamanı onun
tərəfdarlarıyla əleyhdarları bir-birilərinə hücum edib və nəticədə
hökümət qanadından bir millət vəkili xəstəxanalıq olub.
Millət vəkilinin fikrinə görə bu qanunun qəbulu Meksikanın zəngin neft
sənayesinin əcnəbilər tərəfindən soyulmasına səbəb olacaq.
Ölkənin iqtisadi ekspertlərinin fikrincə isə, bu qanun son illərdə
texniki və maliyyə imkanlarının qənaətbəxş olmaması ucbatından,
Meksikanın dərin sularında hasil edilə bilməyən neftin hasilatı ölkənin
neft sənayesindəki durğunluğunu aradan qaldıracaq.
0 yorum:
Отправить комментарий