Pages

15.12.13

Deputat məclisdə soyundu

Dövlətin 70 illik yanacaq şirkətinin  özəlləşdirilməsinə qarşı çıxan ifrat solçu millət vəkili parlamentdə çırıl-çılpaq soyundu. Meksikanın solçu Demokratik İnqilab Partiyası millət vəkili Antonio Garcia Conejo tarixi enerji özəlləşdirməsində səsvermədən öncə parlament tribunasına çıxıb  özəlləşdirmə qərarına etirazını bildirib.
 
Bugun.az-ın xəbərinə görə, dövlətin 70 illik yanacaq şirkətinin  özəlləşdirilməsinə qarşı çıxan ifrat solçu millət vəkili nitqə başlar başlamaz birdən pencəyini çıxarmağa başlayıb. Havalara girən deputat qazını ala biməyib alt paltarına qədər soyunub.
 
Daily Mail-in xəbərinə görə, Conejonun çıxışı zamanı onun tərəfdarlarıyla əleyhdarları bir-birilərinə hücum edib və nəticədə hökümət qanadından bir millət vəkili xəstəxanalıq olub.
 
Millət vəkilinin fikrinə görə bu qanunun qəbulu Meksikanın zəngin neft sənayesinin əcnəbilər tərəfindən soyulmasına səbəb olacaq.
 
Ölkənin iqtisadi ekspertlərinin fikrincə isə, bu qanun son illərdə texniki və maliyyə imkanlarının qənaətbəxş olmaması ucbatından, Meksikanın dərin sularında hasil edilə bilməyən neftin hasilatı ölkənin neft sənayesindəki durğunluğunu aradan qaldıracaq.
 
Tarixi özəlləşdirmə təklifi isə muxalifətin etirazlarına rəğmən 353-ə 134 səslə qəbul edildi

Комментариев нет:

Отправить комментарий