Kiyev şəhərinin Peçora rayon məhkəməsi
UDAR partiyasının lideri Vitali Kliçkoya Ukrayna paytaxtında fiziki və
hüquqi şəxslərin sərbəst hərəkətinə maneə törədən istənilən fəaliyyətinə
qadağa qoyub. UDAR partiyası bu qərarın Klikçonun Kiyevdə hərəkətinə
qadağa qoyulması anlamına gəldiyini deyir.
Kliçko özü Twitter hesabında yazıb: "Peçora rayon məhkəməsi mənə faktiki olaraq Maydana, sizin yanınıza gəlməyə qoymur".
Məlumatda bildirilir ki, məhkəmə Kliçkoya piyada keçidi və avtomobil
yollarını bağlamaqla bağlı istənilən fəaliyyəti qadağan edib. UDAR
partiyası məhkəmənin qərarını şərh edərək bunun absurd olduğunu
bildirib.
0 yorum:
Отправить комментарий