İtə görə ər arvadını döydü

Evin gəlini həmişə adam üstündə döyülürdü, itə görə döyülməsinə isə dözmədi. Dünən Saatlı rayonunda özünü öldürmək məqsədilə kanala atılan gənc qadın polisə atdığı addıma vadar edən səbəbi danışıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Qotubəyli kəndində yaşayan 32 yaşlı Baxtilə Abbasova iki azyaşlı uşaq anasıdır. Bir müddət əvvəl əri tərəfindən mütəmadi döyülürmüş. Sonradan əri onu döyməyə ara verib. Dünən həyətlərindəki it açılaraq küçəyə çıxıb, hətta qonşunu dişləyib. 
 
Qonşular itin açıq olmasını Baxtilənin ərinə deyiblər. Əri də buna görə Bəxtiləni döyüb və aparıb anasının evinə qoyub. Dünən Baxtilə evinə qayıtmaq adı ilə anasıgildən çıxıb və özünü Mil-Muğan kollektorundan ayrılan Sabir kanalına atıb. 
 
Qonşular onu sudan çıxarsalar da, hamı onun ölməməsinə möcüzə kimi baxır. Baxtilənin özünü kanala atdığı yer kanalın kollektordan ayrılan hissəsidir. Suya atılan qadın kanala gələn 150 metr uzunluğu olan borunun içərisidən keçib və sağ qalıb. Hazırda araşdırma aparılır
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.