Facebook ulduzu Kəmalə şikayət edir...

Modellik sənin işindi yoxsa bu peşəyə hobbi kimi yanaşırsan?
-Bəli, modellik mənim hobbimdir. Mənim peşəm aktrisalıqdır.
- Bəs niyə öz sahəndə fəaliyyət göstərmirsən?
-Əslində, bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə model olmağı daha çox sevirəm.
- Aktrisa olduğunu deyirsən. Bu istiqamətdə təhsilin var?
-Bəli, mən aktyor sənəti fakültəsini bitirmişəm. Yəni bu sahə üzrə ali təhsilim var.
- Hansı rollarda oynamısan?
-“Anacan” filmində baş rolda oynamışam. Hazırda bir filmdə çəkilirəm. Çəkilişlər hələ də davam edir. Eyni zamanda aparıcı kimi də fəaliyyət göstərmişəm. Bir neçə konsertdə aparıcı olmuşam.
- Yəqin mənimlə razılaşarsan ki, hazırda model kimi elə də çox tanınmırsan. Amma aktrisa kimi fəaliyyətin olub və bu sahənin sənin üçün daha perespektivli olduğunu demək olar. Səni əsl peşəndən ayrı salan səbəbi bilmək maraqlı olardı.
-Səbəb valideynlərimin istəyi olub. Onlar məni başqa sahədə görmək istədikləri üçün aktrisa olmağıma icazə vermədilər. Bir neçə il başqa sahədə çalışdım. Ancaq bir müddət sonra yenidən bu sahəyə qayıtdım.
- Səncə nəyə görə, Azərbaycanda insanlar modelliklə məşğul olan qadınların fəaliyyətini mənfi qarşılayırlar. Bu səndə kompleks yaratmırki?
-Bəli, bu gün bizdə modelliklə məşğul olanlara pis baxırlar. Nəyə görə bizimkilər xarici aktyorları, müğənniləri görən kimi onları alqışlayırlar, ancaq bizimkiləri görən kimi az qala “öldürürlər”? Bizim modelləri görən kimi onları söyürlər, təhqir edirlər. Niyə bəyənmirlər axı? İnsanlar gərək vətənini təmsil edən şəxslərə dəstək olub onların arxasında olsunlar. Çünki gələcəkdə bir model ölkəmizi birinciliyə qədər apara bilər. Mən üzümü həmin o insanlara tutub deyirəm ki, bəsdirin öz millətinizi təhqir edib pislədiniz. Xaricdəki modelləri bəyənirsinizsə, onda onların öz millətlərindən aldıqları dəstəyə baxın və ibrət alın. Bəlkə o zaman mənim nə demək istədiyimi həmin insanlar anlaya bilərlər.
- Bu da bir reallıqdır ki, insanlar bəyənmədikləri, təhqir etdikləri insanlara daha çox baxırlar. Məsələn, sənin sonuncu fotosessiyan saytımızda yayımlanandan sonra on min dəfə oxunsa da, insanların çoxu səni təhqir etdi. Səncə bunun səbəbi nədir?
-Bizim cəmiyyət nəinki modellərə, eyni zamanda müğənnilərə də pis baxırlar. Təbii ki, bura hamını aid etmək olmaz. Məsələ orasındadır ki, əksəriyyət bizə baxır. Baxıb qurtarandan sonra ağzına gələni yazırlar. Amma sabah hardasa bizi görsələr üstümüzə qaçıb şəkil çəkdirirlər.
- “Facebook”da aktiv olan modellərdən birisən və tez-tez öz profilində fotosessiyalarıvı paylaşırsan. Sosial şəbəkələrdə hansısa xoşagəlməz təkliflə üzləşmisənmi?
-Bu cür şeylər olmayıb. Ancaq görürsən ki, arada ağzının danışığını bilməyənlər olur. Mən də onların dərsini verirəm.
- Model deyərkən insanların ağlına niyə açıq-saçıq geyimdə olan qızlar gəlir? Səncə modellik açıq-saçıqlığı təbliğ etməkdir?
-Əslində modellər qapalı da geyinir. Amma bu fotosessiyanın mövzusundan asılıdır. O demək deyil ki, modelsənsə mütləq açıq-saçıq geyinməlisən.
- Bu günə qədər xarici jurnallardan hansısa təklif almısanmı?
-Xeyir, xarici jurnallardan təklif gəlməyib. Ancaq yerli jurnalların bir çoxunda müsahibələrim, fotosessiyalarım çıxıb. 





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.