Özbəkistan prizidenti qızını həbs etdirdi.....

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovan Daşkənddə həbs edilib. Kavkazcenter saytı bu xəbəri Gülnarə Kərimovanın Twitter hesabındakı paylaşımına istinadən yazıb. "Mən polis idarəsindəyəm.
Maraqlısı odur ki, Rusiya, Qazaxıstan və digər ölkələrdən müxtəlif insanlardan dəstək xarakterli yazılar gəlsə də Özbəkistan susur", - deyə Gülnarə Kərimova bildirib.

Prezident qızının hansı polis iarəsində saxlanıldığı bildirilmir.

Qeyd edək ki, Gülnarə Kərimova atasının göstərişi ilə biznesi əlindən alındıqdan sonra “Twitter”də fəallaşıb. O, Özbəkistan hakimiyyətini ifşa edən bəyanatları ilə yadda qalır.

Gülnarə Kərimova son açıqlamasında daha danışmaq istəmədiyini və Özbəkistanı tərk etmək istədiyini bildirmişdi.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.