43 yaşlı supermodel Naomi Kempbell gözəlliyinin sirrləri ilə
bölüşüb. Mətbuatın verdiyi məlumata görə, britaniyalı gözəl “The
Telegraph” mətbuatına verdiyi müsahibə zamanı cavan qalmağının
sirrlərini açıqlayıb.
Supermodel düşünür ki, bədəninin formada qalması üçün həftədə bir gün tamamiylə ac qalmaq lazımdır.
“Biz hamımız o qədər cürbəcür məhsul yeyirik ki, məcburuq həftədə heç
olmasa bir gün mədəmizə istirahət verək. Bu bağırsağı çox gözəl
təmizləyir. Mən düşünürəm ki, bu sizin həyatınızı uzadacaq. Çalışıram
hər şeyi qaydasında edim. Hal-hazırda mən spirtli içki içmirəm, toyuq və
donuz əti yemirəm. Bəziləri isə ailə üzvlərindən kimdəsə xərçəng
xəstəliyi aşkar olduqdan sonra, yeməklərinə diqqət yetirməyə
başlayırlar”.
Sən demə Naomi yeməkdən ancaq sağlamlığına görə imtina etmir, həm də
özünü podiumda daha da güvənli hiss etmək istəyir. Model düz 10 gün öz
üzərində ciddi çalışaraq yay aylarında “Versace”in yeni dizayn
təqdimatında ideal nümayiş göstərib.
0 yorum:
Отправить комментарий