Vladivostokda doğum evinin əməkdaşları hamilə Özbəkistan vətəndaşını sənədləri olmadığı üçün qəbul etməkdən imtina ediblər.
Gün.Az APA-ya istinadən xəbər verir ki, doğuş sancıları başlayan qadın övladını xəstəxananın yanında dünyaya gətirməyə başlayıb.Bu barədə dərhal polisə məlumat verilib. Araşdırma aparan polis xəstəxananın xəstəni qəbul etməkdən imtina etməsinin səbəbini müəyyənləşdirib. Bəlli olub ki, qadının nə şəxsiyyətini təsdiq edən sənədi, nə də sığorta polisi var. Polis təcili yardımın köməyi ilə qadını xəstəxanaya çatdırıb və uşaq xəstəxanada dünyaya gəlib.
Polisin araşdırmasının nəticələri müvafiq qərarın qəbul olunması üçün istintaq orqanına təqdim olunub.
0 yorum:
Отправить комментарий